Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
(055) 436-46-45