Xaçmazda 32 yaşlı kişi intihar edib
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Rəsul Məlik oğlu Bağırlı özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45