Bu ilin ilk ayında dəyəri 22 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb
Bu ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kiloqramdan çox narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min AZN kimi qiymətləndirilir.
Bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat verib.
Bildirilib ki, keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qr-nı heroin, 681 kq 712,79 qr-nı marixuana, 16 kq 104,876 qr-nı tiryək, 22 kq 833,55 qr-nı həşiş, 23 kq 078,491 qr-nı psixotrop maddələr, 1 kq 078,255 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kq 862,838 qr və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kq 290,6 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 133 kq 013,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalıb.
Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların cayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kq 261,318 qr artıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxmuşdur. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olunub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olub.
“802” qaynar xətt telefon zəng xidmətinə 44 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanıb.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
(055) 436-46-45