H.Əliyev prospektində ölən piyadanın kimliyi məlum oldu

Paylaş agah olsunlar.

Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

“Mercedes” markalı avtomobilin vuraraq öldürdüyü şəxsin adı İlqar Abbasovdur.

İ.Abbasov piyadalar üçün müəyyən edilməyən hissədən yolu keçmək istəyib. Bu zaman “Mercedes” markalı avtomobil onu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Meyitin üzərinə ilkin baxış zamanı şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

Qəzanın baş verdiyi yerin yaxınlığında isə yeraltı piyada keçidi var.

Paylaş agah olsunlar.