Prezident İlham Əliyevin andiçmə mərasimi “Haber Global”da geniş işıqlandırılıb
Azərbaycan fevralın 7-də tarixi seçkilərin şahidi olub. Təqribən 30 il fasilədən sonra ilk dəfə ölkənin bütün ərazilərində seçki coşqusu yaşanıb.
Agah.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalının Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr etdiyi süjetində bildirilib.
“Seçkilərdən 92,12 % səslə zəfərlə çıxan Prezident İlham Əliyev Azərbaycanın Milli Məclisində and içib və beşinci dövrünə qədəm qoyub”, – süjetdə qeyd olunub.
Bildirilib ki, andiçmə mərasimini yüksək səviyyəli qonaqlarla yanaşı səfirlər də izləyiblər.
“Seçkilər Azərbaycan üçün tarixi önəm daşıyırdı, çünki təqribən 30 illik fasilədən sonra ölkənin bütün ərazilərində seçki coşqusu yaşanıb. Azad olunmuş ərazilərdə təxminən 22 min seçici səsvermədə iştirak edib. Qarabağın incisi Şuşada, bir vaxtlar separatçı rejimin “paytaxt”ına çevrilmiş Xankəndidə, ermənilərin soyqırımı cinayəti törətmiş Xocalıda və digər azad olunmuş ərazilərdə səsvermə keçirilib”, – telekanal vurğulayıb.
(055) 436-46-45