Sumqayıtda ürəktutma keçirən kişi dərəyə yuvarlandı – YENİLƏNİB + VİDEO
Sumqayıtda 53 yaşlı kişi faciəli şəkildə ölüb.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, ürəktutma keçirən 1971-ci il təvəllüdlü Mahir Əhmədov dərəyə yuvarlanıb.
Onun cansız bədəni polis əməkdaşları tərəfindən aşkar edilib.
Qonşusunun sözlərinə görə, mərhum yıxılanda içkili olub:
“Tikintidə işləyirdi, arada içirdi. Səhər-səhər oğlu zəng edib dedi ki, içkili olub, dənizin qırağında ürəyi tutub, yıxılıb”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45