Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında ölüb
Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.
Sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, “Su-1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.
Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45