Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

Dostuna göndər xəbərdən agah olsun:

Qəbələ sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ şəhər sakini K.Seyidovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib. K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45