DSX-nin şəxsi heyəti prezident seçkisində fəal iştirak edir – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

7 fevral tarixində səhər saatlarından şəxsi heyətin prezident seçkisində fəal iştirakının təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında yaradılan seçki məntəqələrində səsvermə prosesi başlayıb.

Seçkinin yüksək səviyyədə keçirilməsi və şəffaflığın təmin edilməsi üçün hərbi hissələrdə fəaliyyət göstərən məntəqələrdə zəruri olan bütün tədbirlər görülüb, qanunvericiliyə uyğun şəkildə Seçki Məcəlləsinin tələbləri tam yerinə yetirilib.

Dənizdə sərhəd gözətçi gəmilərində, dağlıq ərazilərdə və çətin hava şəraitində dövlət sərhədində döyüş növbəsində olan hərbi qulluqçuların səsvermədə iştirakının təmin edilməsi məqsədi ilə daşınan seçki qutularından istifadə olunur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45