40 saylı seçki məntəqəsinin sədri: “1460 məhkum səs verəcək”

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasının məhbusları da səs verirlər.

Cəzaçəkmə müəssisində məhbuslar Sabunçu rayon 29 saylı seçki dairəsinin üç seçki məntəqəsi – 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs veriblər.

40 saylı seçki məntəqəsinin sədri Sahib Məmmədov bildirib ki, 1460 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 170 məhkum səs verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45