Bakıda məşhur ticarət mərkəzindən bir kiloqramdan çox qızıl oğurlayan qadına HÖKM OXUNDU

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda fəaliyyət göstərən məşhur “Laçın” ticarət mərkəzindən külli miqdarda qızıl oğurlamış qadının məhkəməsi keçirilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Gülnarə Rəhimova Qara Qarayev prospekti 105 ünvanında yerləşən mərkəzdə baş vermiş oğurluqla bağlı məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.

Qızıl-zinət əşyaları mağazasının sahibi bildirib ki, Gülnarə onların daimi müştərisi olub. O, hər dəfə ora gələndə qızıl əşyalardan birini gizli şəkildə götürərək özü ilə aparıb və bunlar kameraya düşüb. Mağazadan ümumilikdə 1 kiloqram 200 qram çəkidə və dəyəri 100 min manata yaxın olan qızıl əşyalar oğurlanıb.

Barəsində cinayət işi açıldıqdan sonra Gülnarə qarşı tərəfə 3500 manat qaytarıb. Həmçinin bildirilib ki, o, oğurluq hadisələrindən sonra özünə ev alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə oğurluqda təqsirləndirilən qadın 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45