“Azərpoçt” sabah gücləndirilmiş iş rejimində çalışacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC sabah keçiriləcək prezident seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, seçki günü respublika üzrə bütün poçt şöbələri növbəli iş qrafikində xidmət göstərəcək.
Seçki məntəqələri fasiləsiz poçt və maliyyə xidmətləri ilə təmin olunacaq.
Eyni zamanda növbəli iş qrafiki ilə çalışan poçt əməkdaşlarının seçki hüququndan istifadə etmələri üçün lazımi şərait yaradılacaq.
Vətəndaşlar hər hansı bir sualı olduğu halda “169” Çağrı Mərkəzi və qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlaya bilərlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45