Sumqayıtda içərisində 28 min manatdan çox pul və qızıl olan seyf oğurlanıb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları içərisində 28 min manatdan çox qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45