Bakıda avtomobil 53 yaşlı kişini vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Binə qəsəbəsində avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Manafov Əfqan Kərim oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.