Lerikdə dərədən meyiti tapılan şəxsin kimliyi müəyyən olunub – YENİLƏNİB

Dostuna göndər xəbərdən agah olsun:

Lerikdə dərədə tapılan meyitin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan şəxsin Lerik rayon sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Orucov olduğu bildirilir.

Məlumata görə, Fəxrəddin Orucov dünən səhər alış-veriş etmək üçün rayonun Piran kəndinə gedib. Axşam evə qayıdanda avtomobilini kənarda saxlayıb və piyada evə getməli olub. Buzlu yolda onun ayağının sürüşdüyü, hündürlükdən dərəyə yıxıldığı ehtimal olunur. F.Orucovun donmuş halda olan meyitini görən şəxslər bu barədə aidiyyəti üzrə məlumat veriblər.

Qeyd edək ki, meyit aşkar olunan Veri-Əliabad kəndi istiqamətində 40-50 santimetr qalınlığında qar var, yollar buz bağlayıb.

15:41

Lerikdə meyit tapılıb.

APA xəbər verir ki, bu gün səhər saatlarında Lerik rayonunun dağlıq ərazisində, dərədə kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyitdə zorakılıq əlaməti aşkar olunmayıb. Meyitin bir neçə gün həmin ərazidə qaldığı məlum olub.

Hazırda ölən şəxsin kimliyi və ölüm səbəbi araşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45