Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları respublikanın sututarlarında brakonyerliyin, qanunsuz balıq ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin tədbirləri nəticəsində Qazax rayon Ağstafaçay Su Anbarında qeyri-qanuni balıq ovu ilə məşğul olan İ.Aşırov saxlanılıb. Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 22 kiloqram olan 95 ədəd daban (karas) balığı və digər əşyalar götürülərək, su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(055) 436-46-45