Türkiyəli mütəxəssis İzmirdəki zəlzələ ilə bağlı danışdı: “Davam edəcək…”
Egey dənizində, İzmirin Menderes rayonunda baş verən 5,1 bal gücündə zəlzələ əhali arasında narahatlıq yaradıb.
Bu barədə danışan türkiyəli mütəxəssis Övgün Ahmet Ercan afterşokların hələ 2 həftə davam edəcəyini bildirib.
“Kuşadası Pamucak körfəzinin şimalında saat 08.19-da 5,1 bal gücündə zəlzələ baş verdi. Bunun əsas zəlzələ olduğu qənaətindəyəm. Afterşoklar isə 2 həftə davam edəcək. 1-2 gün ərzində 4 bal gücündə ikinci təkan gələ bilər. Bu bölgədə bu böyüklükdə zəlzələ dağıdıcı deyil”, – deyə o qeyd edib.
Mənbə: Haber Global
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45