Bakıda 19 yaşlı qızın yumurtalığından çənə sümüyü çıxdı

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda ginekoloji əməliyyat zamanı hər kəsi heyrətləndirəcək hadisə baş verib.

19 yaşlı qız yumurtalıqların dermoid kisti səbəbindən laporoskopik əməliyyata alınıb. Kistin içindən çıxanlar isə Azərbaycanda nadir görülən tibbi klinik fakt kimi dəyərləndirilə bilər.

Medicina.az xəbər verir ki, Baku Medikal Plaza-da uzman cərrah mama ginekoloq Xəyalə Muradova tərəfindən icra olunan əməliyyatda kist çıxaran zaman kistin içindən böyük insana məxsus, üzərində dişlər olan üst çənə sümüyü, dil və saçlar aşkar olunub. Çənə sümüyü sanki protezə bənzəyir.

Təbii ki, qızın kiminsə çənə sümüyünü və ya prorezini bütov uda bilməsi ehtimalından söhbət gedə bilməz, bu halda belə səbəb tibdə istisna olunur. Bəs diş, çənə, dil yumurtalığa necə düşüb?

Medicina.az-a açıqlama verən uzman ginekoloq kliniki hala aydınlıq gətirdi.

Məlum oldu ki, hər şey pasiyent hələ ana bətnində olarkən başlayıb.

“Pasiyent yeni ailə qurmuş xanımdır. Sol qalça çuxurunda ağrılar, dözülməz ağrılı menstruasiya şikayətləri ilə gəlmişdi. USM müayinəsində yumurtalıqda 15 sm-lik dermoid kist içərisində sümük toxumasına bənzər toxuma, yağ, saç kütləsi görüldü. Laporoskopik əməliyyat zamanı kütlənin içini açarkən içərisində saç, piy kütləsi ilə yanaşı, böyük insanın üst çənə sümüyü, kiçik rudimentar dil toxuması aşkarladıq.

19 yaşlı qız yumurtalıqların dermoid kisti səbəbindən laporoskopik əməliyyata alınıb. Kistin içindən çıxanlar isə Azərbaycanda nadir görülən tibbi klinik fakt kimi dəyərləndirilə bilər.

Həyatımızın müəyyən dönəmində, daha gənc yaşlarda bu hüceyrələrdən kistlər əmələ gəlir. 3% hallarda xərçəngə çevrilmə ehtimalı olduğu üçün kistlər xaric edilməlidir.

Bu pasiyentdə hüceyrələr alt çənə kimi inkişaf edərək böyümüş, hətta dişlər də əmələ gəlmişdir. Sanki yumurtalıq saçlı, dişli, damaqlı, dilli yeni bir orqanizm yaratmağa çalışıb, amma proses yarımçıq qalıb. Belə deyək, bu çənənin yaşı pasiyentin yaşı qədərdir. Görülən bu anomal halın tibbi izahı budur”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)