Çində binada yanğın: Onlarla ölü və yaralı var – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Çinin şərqindəki Szyansi əyalətinin Sinyu şəhərində binada güclü yanğın baş verib.

Mağazanın zirzəmisində başlayan yanğın tezliklə bütün binanı bürüyüb, səmaya qalxan tüstü kilometrlərlə uzaqdan görünüb.

Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, yanğın nəticəsində 39 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Yanğının söndürülməsi işlərinə 120 heyət üzvü cəlb edilib. Binada çarəsiz qalan insanların olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Mənbə: Haber Global

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45