Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması üçün layihə hazırlanıb.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir:

“Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”.

Xatırladaq ki, bugünkü tədbirdə Avropa İttifaqının təşəbbüsü olan “EU4Business” və Beynəlxalq Millətlər Təşkilatının icra etdiyi “Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası” layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün “dəyirmi masa” formatında interaktiv müzakirələr aparılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45