Cəlilabadda qızılcaya yoluxma sayında azalma müşahidə olunur
Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 391 nəfər qızılca virusuna yoluxub.
Agah.az ın Muğan bürosunun məlumatına görə, onlardan 259 nəfəri 18 yaşdan kiçiklər və 132 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda 89 aktiv xəstə müalicə olunur.
Qeyd edək ki, ötən həftə bu xəstəliyə yoluxma sayında artım (bir gündə 17 nəfər) müşahidə olunurdu. Bunun səbəbi də soyuq hava şəraiti ilə əlaqələndirilirdi. Sonuncu yoluxma halı yanvarın 21-də qeydə alınıb (1 nəfər).
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45