Göygöldə iki nəfər dəm qazından boğularaq ölüb
Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.
“Report”un məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Aygün Məmmədova və onun anası, 1934-cü il təvəllüdlü Minayə Məmmədova ölmüş vəziyyətdə aşkarlanıb.
Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45