Qarlı hava şəraiti Qərb bölgəsinin yollarında qismən çətinlik yaradıb

Dostuna göndər xəbərdən agah olsun:

Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında qarlı hava şəraiti səbəbindən nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.

Bununla bağlı aidiyyəti qurumlar tərəfindən görülən qabaqlayıcı tədbirlərlə yanaşı, yollarda duz qarışıq qumların səpilməsi, xüsusi texnikalarla yolların təmizlənməsi işləri davam etdirilir.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sürücülərin mənzil başına təhlükəsiz çatmaları üçün ərazilərdə xidmətlər aparılır. Sürcülərə qarlı və buzlu yollarda hərəkət edən zaman ehtiyatlı olmalarını tövsiyə edilir.

Qeyd edək ki, bölgədə son sutka ərzində qeyri-sabit hava şəraiti səbəbindən ciddi yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45