Özbəkistan Prezidenti Çinə yollanıb

Dostuna göndər xəbərdən agah olsun:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə yanvarın 23-də bu ölkəyə yollanıb.

Agah.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Səfər proqramına yüksək səviyyəli danışıqlar və bir sıra ikitərəfli görüşlər daxildir”, – məlumatda bildirilib.

Vurğulanıb ki, səfər zamanı Özbəkistan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edilib ki, Özbəkistan dövlət başçısı həmçinin Çinin regionlarından birinə səfər edəcək, bu ölkənin aparıcı şirkətlərinin, bank-maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45