Putinin Ərdoğanı qapıda gözlətmə anı

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskva səfəri hələ də müzakirə olunmaqdadır. Türk siyasiləri və analitikləri iki prezidentin imzaladığı protokolu masaya yatıraraq, bunun tam bir məğlubiyyət aktı olduğunu bildirirlər. Müzakirələrdə görüş otağında düzülən rəsm əsərləriylə Türkiyəyə verilən mesajlar da analiz olunur.

Sən demə, bunlar hələ görünən tərəflər imiş. Türkiyə heyətinin Kremldə qarşılanmasının bir də görünməyən tərəfləri var ki, əsl mesajlar da bu nüanslarda verilib.

Maraqlıdır ki, Rusiya qapı ardından verilmiş bu mesajları gizlətmək fikrində də deyil. Rusiyanın rəsmi telekanallarından olan Rossiya-1 görüş öncəsi Ərdoğanın qarşılanmasına dair görüntüləri ictimailəşdirib. Görüntülərdə Ərdoğan daxil olmaqla Türkiyə heyətinin Putinin qapısı arxasında 2 dəqiqə gözlədilməsi əks olunur. Bu 2 dəqiqə xüsusilə Ərdoğan üçün elə gərgin keçir ki, o, əsəb gərginliyinə tab gətirməyib foyedə qoyulmuş stullardan birinə əyləşir. Üzərindən az keçməmiş qapılar açılır və Ərdoğan Putinin kabinetinə dəvət olunur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)