Lənkəranda 11 yaşlı qızı zorlayan şəxsə 17 il həbs verildi

Dostuna göndər xəbərdən agah olsun:

2023-cü ildə Lənkəran rayonunun kəndlərindən birində 11 yaşlı qıza təcavüz etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub.

Publika.az xəbər verir ki, C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəlidir, üç uşaq atası olub.

Onun təcavüz etdiyi 11 yaşlı qız isə Ceyhunun arvadının əmisi nəvəsi olub və hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.

Ceyhun həmin kəndə qohumuna çatacaq bağlamanı apararkən azyaşlı qızın evdə tək olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Axşam saatlarında 11 yaşlı qız başına gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.

Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü il Ceyhun Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi də qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45