Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the wordpress-seo domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in H:\root\home\agah100-001\www\agah\wp-includes\functions.php on line 6114
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - YENİLƏNİR + FOTO » AGAH.AZ

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər – YENİLƏNİR + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.

Bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

10:47

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri, qurumların əməkdaşları şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəhidlər xiyabanını ziyarət ediblər.

10:36

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu.Az-ın məlumatına görə, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

10:27

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45