Azərbaycanda ötən il benzin və dizelin istehsalı artıb – CƏDVƏL

Dostuna göndər xəbərdən agah olsun:

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.

Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri2023-cü ildə istehsal edilibƏvvəlki ilə nisbətən, faizlə01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton1 464,2113,445,9
Ağ neft, min ton594,4104,126,2
Qazoyllar (dizel yanacağı), min ton2 311,2112,377,2
Mazut, min ton5,77,31,7
Sürtkü yağları, min ton59,1131,63,0
Maye qazlar, min ton236,496,84,1
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton1 119,384,557,6
ondan:
neft bitumu, min ton277,780,95,1
neft koksu, min ton231,6110,048,1
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45