Türkiyə PKK-nın rəhbər şəxslərindən birini həbs edib
Türkiyə PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən olan Serhat Balı həbs edib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 12-də Türkiyə Milli Kəşfiyyat İdarəsinin ölkə sərhədlərindən kənarda keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi.
Onun Avropaya qaçmaq istəyərkən saxlanıldığı bildirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45