ADY: Ötən il qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib

Dostuna göndər xəbərdən agah olsun:

Ötən il ərzində Azərbaycanda dəmir yolunda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumata görə, qeyd olunan qəzalar nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Bütün hadisələrə piyadaların dəmiryol xətlərini keçərkən diqqətsiz davranması səbəb olub”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, 2022-ci ildə isə 23 belə hadisə qeydə alınıb, 13 nəfər ölüb.

“ADY bu cür halların yaşanmaması üçün maarifləndirmə işlərini bu il də davam etdirir, piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45