Son bir ayda Cəlilabadda 1 962 uşağa qızılcaya qarşı peyvənd vurulub
Cəlilabad rayonunda qızılcaya qarşı peyvənd işləri davam edir.
Ötən ilin dekabrın 1-dən 1 962 uşağa qızılca peyvəndi (QPM) vurulub.
Qeyd edək ki, Cəlilabadda noyabr ayından etibarən 273 nəfər (18 yaşdan kiçiklər – 194 nəfər, 18 yaşdan böyüklər – 79 nəfər) şəxs bu virusa yoluxub.
Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha 4 nəfər bu xəstəliyə yoluxub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45