Zaqatala və Göyçay rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Dostuna göndər xəbərdən agah olsun:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kənd sakini atasından qalan “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı isə rayon sakinindən qanunsuz saxladığı 1 odlu silah götürülüb, daha bir nəfər isə müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45