Vilayət Eyvazov Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Dostuna göndər xəbərdən agah olsun:

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

DİN-dən  verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yanvarın 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytına və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45