ADPU-nun tələbəsinin ölüm səbəbi məlum oldu – YENİLƏNİB
Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.
“Report” xəbər verir ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
TƏBİB-dən verilən məlumata görə 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
“Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib”, – deyə məlumatda bildirilib.
Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.
17:02
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayonun Sabirabad kənd sakini, Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, dekabrın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
(055) 436-46-45