Masallıda Niva 300 metrlik dərəyə yuvarlandı: Ölən və yaralananlar var
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Agah.az “Report”a istinadla xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb.
Nəticədə avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb.
Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.
Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45