Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Zaqatalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Agah.az ın Şimal-qərb bürosunun məlumatına görə, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla “Niva” markalı avtomobillərin toqquşması nəticəsində Muğanlı kənd sakinləri – 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45