Batabatın donmuş gölləri və qış mənzərəsi – FOTO
Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarların ahəngidir. Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.
“Report” Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb.
Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 metr yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür.
Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir.
(055) 436-46-45