İsrail dronu Beyrutda HƏMAS-ın qərargahına zərbə endirib, ölənlər var

Dostuna göndər xəbərdən agah olsun:

İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.

 

Livanın NNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.

Bildirilib ki, hadisədə ümumilikdə dörd nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.

Qeyd olunub ki, olayda 11 nəfər yaralanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45