Bakı sakinləri Şəkidə qəzaya düşdülər
Bakı sakinləri Şəkidə avtomobil qəzasına düşüblər.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Sarıca kənd inzibati ərazisində baş verib.
1978-ci il təvəllüdlü Bakı şəhər sakini Fazil Məmməd oğlu Mahmudov idarə etdiyi “Haval” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun yaxınlığındakı daş hasara çırpılıb. Qəza zamanı xəsarət alan F. Mahmudov Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda yaralının müayinəsi aparılır.
Avtomobildə olan digər iki sərnişin F. Mahmudovun ailə üzvləri isə aldıqları xəsarətlə Mingəçevir ŞMX-a aparılıblar.
Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.
(055) 436-46-45