Nazirlikdən əməliyyat: Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha üç nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir.

 

18:24

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktla bağlı qaydaları pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)