Şabranda avtomobil maneəyə çırpılıb: Xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şabran-Surra avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1980-cı il təvəllüdlü Zahir Tahir oğlu Quliyev, 1996-cı il təvəllüdlü Fəqan Dünyamalı oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Əmrah Əlipaşa oğlu Qafarov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)