DYP sürücülərə çağırış edib

Dostuna göndər xəbərdən agah olsun:

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib.

İdarənin yaydığı məlumata görə, BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

“Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur ki, yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar”, – məlumatda qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)