Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşına hökm oxunub

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda qısqanclıq zəminində həmyerlisi Pan Yuan Liangı öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tianganga hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə iclasında o, 9 il müddətə azadlıqdan məhrum edilib.

Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul edilib.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari ilin İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Lianginin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəmnində Lianginin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. O, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45