Gəncə şəhər stadionunda söküntü işləri tamamlanıb

Dostuna göndər xəbərdən agah olsun:

“Stadionda söküntü işləri, demək olar ki, tamamlanıb”.

Bunu açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Gəncə şəhər stadionundakı son durumla bağlı məlumat verərkən deyib.

Klub rəsmisi arenada aparılan işlərə Gənclər və İdman Nazirliyinin nəzarət etdiyini bildirib: “Kəpəz” uzun illərdir Gəncədəki stadiondan istifadə edir. Ancaq bu arena Gənclər və İdman Nazirliyinin balansında olan idman obyektlərindən biridir. Tikinti prosesinə nə vaxt start veriləcəyi və bu işi hansı şirkətin icra edəcəyi barədə heç bir məlumatımız yoxdur. Bu işlər birbaşa Gənclər və İdman Nazirliyinin nəzarətindədir”.

İlqar Nadiri stadionda söküntü işlərinin sürətlə aparıldığını söyləyib: “İnşasının da sürətli icra olunması gözlənilir. Ancaq tikinti işlərinin nə vaxt başlayacağını və stadionun nə zaman istifadəyə veriləcəyini bilmirik. Prosesin mümkün qədər tez başlaması üçün işlər görülür. Ancaq işləri cari mövsümün sonuna qədər yekunlaşdırmaq mümkün deyil. Onu deyə bilərəm ki, çox gözəl, xüsusi stadion olacaq”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45