Prezident dövlət agentliyinə 1,2 milyon manat ayırdı

Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev Quba rayonunun Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45