Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya yatırıb
“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun məbləğinə görə Türkiyə 1-ci yerdədir:
“Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişafının əyani göstəricisidir. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”.
Bundan başqa, nazir qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7,2 milyard ABŞ dollarından çox olub:
“Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur”.
(055) 436-46-45