Şamaxıda azyaşlılar dəm qazından zəhərləniblər
Şamaxıda iki azyaşlı dəm qazından zəhərlənib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşıqalı küçəsində qeydə alınıb.
Rayon sakinləri – 2023-cu il təvəllüdlü Zeyid Şəhriyar oğlu Xəlilov və bacısı 2021-ci il təvəllüdlü Xədicə Şəhriyar qızı Xəlilova dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45