Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir – VİDEO
Lökbatan qəsəbəsinin 20 Yanvar, Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində yaranan böyük gölməçələr yolları keçilməz edib.
Sakinlər bildiriblər ki, nə uşaqlar məktəbə gedib-gələ bilir, nə də özləri bu yollardan istifadə edə bilirlər. Bu azmış kimi təcili yardım çağıranda belə əraziyə maşın gəlmir.
Həmçinin yağış yağanda ərazidən keçmək mümkün olmur.
Sakinlərin illərdir əziyyət çəkdiyi problemlə bağlı Qaradağ rayonunun Lökbatan qəsəbəsi bələdiyyəsindən bildirilib ki, 20 Yanvar küçəsində asfaltlanma işləri aparılır.
Bu işlər başa çatdıqdan sonra Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində də asfaltlanma işlərinə başlanılacaq.
Ətraflı Baku TV-nin süjetində:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45