Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd edilib – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Qazaxıstanın Azərbaycandakı Səfirliyində Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə görüş keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət xadimləri, rəsmi şəxslər, Parlament deputatları, xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aparıcı analitik mərkəzlərin ekspertləri, KİV nümayəndələri, Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında müstəqillik dövründə əldə olunan əsas nailiyyətlərdən söhbət açıb. Diplomat Qazaxıstanın Azərbaycanla siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə olan uğurlu əməkdaşlığına xüsusi diqqət ayırıb.

O vurğulayıb ki, hazırda ölkələrimiz tərəfindən Orta Dəhlizinin nəqliyyat-logistika potensialının inkişafı, qazax neftinin Azərbaycan vasitəsilə nəql edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi regional əhəmiyyətə malik iri layihələr həyata keçirilir. Bundan başqa, Qazaxıstandan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı imkanları müzakirə olunur.

Azərbaycanın Xarici İşlər Nazirinin Müavini Samir Şərifov Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib və 2023-cü ildə ikitərəfli əməkdaşlığı ilə bağlı əsas nəticələri vurğulayıb. Azərbaycanın Mədəniyyət Nazirinin Müavini Fərid Cəfərov bu yaxınlarda Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günlərinin uğurunu qeyd edib.

İştirakçılar həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni təyin olunmuş Prezidenti Aktotı Raimkulovanı vəzifəyə başlaması münasibətilə təbrik ediblər və əvvəlki Prezident Günay Əfəndiyevaya fəaliyyətinə görə təşəkkürünü bildiriblər.

Tədbir çərçivəsində Qazaxıstana həsr olunan tematik fotosərgi təşkil olunub. Qonaqlara qazax milli mətbəxinin xörəkləri təklif olunub.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45