İlham Əliyev dövlət agentliyinə yarım milyon manat ayırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı President.az xəbər verib.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 500 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
(055) 436-46-45